İranın Evin həbsxanasında 71 nəfər ölüb

İranın Evin həbsxanasında  71 nəfər ölüb

İranın Mizan agentliyinin məlumatına görə, İsrailin Tehrandakı məşhur “Evin” həbsxanasına endirdiyi hava zərbəsi nəticəsində 71 nəfər həlak olub.

Həlak olanlar arasında həbsxananın əməkdaşları, hərbçilər, məhbuslar, onların yaxınları və ətraf ərazilərdə yaşayan mülki şəxslər var.

Musavat.com xəbər verir ki, rəsmi mənbələrin verdiyi məlumata əsasən, hücum 23 iyun tarixində baş verib. Hadisədən sonra məhbuslar digər həbsxanalara köçürülüb. 27 iyun tarixində isə həbsxananın baş prokuroru Əli Kanatxarın vəzifədən uzaqlaşdırıldığı bildirilib.

“Evin” həbsxanası uzun illərdir ki, siyasi məhbusların, jurnalistlərin və hüquq müdafiəçilərinin saxlanıldığı ən məşhur məkanlardan biri hesab olunur.

“Cebheinfo.az”