Rusiya F-16 qırıcısının pilotunu ÖLDÜRDÜ 

Rusiya F-16 qırıcısının pilotunu ÖLDÜRDÜ 

F-16 qırıcısının pilotu Maksim Ustimenko iyunun 29-na keçən gecə Rusiyanın hücumunu dəf edərkən faciəvi şəkildə həlak olub.

"Təəssüf ki, indi daha bir ağrılı itki ilə üzləşdik. Bu gecə düşmənin böyük hava hücumunu dəf edərkən F-16-da 1993-cü il təvəllüdlü 1-ci dərəcəli pilot polkovnik-leytenant Maksim Ustimenko həlak olub", - Ukrayna Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir.

Pilot bütün bort silahlarından istifadə edib və yeddi hava hədəfini vurub. 

“Maksim Ustimenko mümkün olan hər şeyi etdi, təyyarəni məskunlaşma olan ərazidən yayındırdı, amma atmağa vaxtı olmadı... Qəhrəman kimi həlak oldu”,-deyə  məlumatda bildirilir.

İyunun 29-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə müxtəlif tipli pilotsuz təyyarələr və raketlər atıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin qeyd etdiyi kimi, ümumilikdə 500-dən çox hava hədəfi olub.

Nikolayev, Zaporojye, Poltava, Lvov, Çerkassı, İvano-Frankivsk və Dnepropetrovsk vilayətlərin hücum olub. Ukrayna mediası yazır ki, Rusiya qüvvələri kritik infrastruktura və evlərə zərbələr endirib, itkilər var.

Xəzər
“Cebheinfo.az”