Şavkat Mirziyoyev: "Münaqişə həlli olmadan sülh mümkün deyil"

"Dünya gərgin dövrdən keçir".
"Cebheinfo.az" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.
Özbəkistan Prezidenti deyib ki, münaqişələrin əksəriyyəti İƏT regionunda baş verir:
“İƏT üzvü İrana qarşı hərbi əməliyyat narahatlıq doğurdu, ətraf mühit üçün böyük təhlükə yaradırdı. Atəşkəsi yüksək qiymətləndiririk. Biz nüvə silahından azad zonanın genişləndirilməsi üçün beynəlxalq ictimaiyyətinə təşəkkür edirik”.
Özbəkistan lideri qeyd edib ki, Yaxın Şərqdə sülh İsrail-Fələstin münaqişəsinin həlli olmadan mümkün deyil.
"Cebheinfo.az"