Prezidentin səlahiyyət müddəti UZADILDI

Prezidentin səlahiyyət müddəti  UZADILDI

Malidə Prezidentin 2025-ci ildən etibarən yenidən seçilmək hüququnu tanıyan qanun layihəsi qəbul edilib.

"Cebheinfo.az" xəbər verir ki, dövlət tərəfindən dəstəklənən “L’Essor” xəbər saytının məlumatına görə, Milli Keçid Şurasının (CNT) ümumilikdə 131 üzvü, Şura sədri general-leytenant Malik Diavın rəhbərliyi ilə Bamako Beynəlxalq Konfrans Mərkəzində keçirilən iclasda səs verib.

Səsvermə zamanı Prezident Assimi Qoitanın 2025-ci ildən yenidən seçilmək hüququnu tanıyan və 5 illik müddəti əhatə edən qanun layihəsi yekdilliklə qəbul olunub.

Mali hökuməti keçid dövrünü 6 iyun 2022-ci ildə 24 ay olaraq müəyyən etmiş və prezident seçkilərini 4 və 18 fevral 2024 tarixlərinə planlaşdırmışdı.

Lakin texniki səbəblərlə seçkilərin gecikəcəyi açıqlanmışdı. CNT daha öncə 2020-ci ildə hərbi çevrilişlə hakimiyyətə gələn, 2021-ci ildə ikinci dəfə çevriliş edən hazırkı Prezident Assimi Qoitanın 2030-cu ilə qədər vəzifədə qalması və “Siyasi partiyalar haqqında” Qanunun ləğv edilməsi təklifi ilə çıxış etmişdi.

CNT, Malidə 24 may 2021-ci il tarixindəki hərbi çevrilişdən sonra qanunverici orqan olaraq fəaliyyət göstərir.

Nigar Hacılı 
"Cebheinfo.az"