Qəzzada öldürülən 16 min uşağın adı açıqlanıb

Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi 2023-cü il oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində həlak olan 16 mindən çox körpə və uşağın adını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, nazirliyin açıqladığı siyahıda İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda həlak olan 16 min 503 fələstinli uşağın adı yer alıb.
Siyahıda İsrailin hücumlarında həyatını itirən uşaqların adları, şəxsiyyət vəsiqələrinin nömrələri, doğum tarixləri və yaşları kimi məlumatlar yer alıb.
Həyatını itirən 16 min 503 uşaqdan 916-nın hələ 1 yaşı tamam olmayan körpə olduğu bildirilib.
Hücumlarda 1-5 yaş arasında 4365, 6-12 yaş arasında 6101, 13-17 yaş arasında isə 5121 uşağın həyatını itirdiyi deyilir.
“Bu rəqəmlər sadəcə statistika deyil, onlar bütöv bir nəslə qarşı davam edən, dünyanın gözü qarşısında biabırçı sükutla məhv edilmiş cinayətin lənətləndirici sübutudur”, - bəyanatda deyilir.
Nigar Hacılı
"Cebheinfo.az"