Məktəbə bıçaqlı hücum: Yaralanan var

Məktəbə bıçaqlı hücum: Yaralanan var

Almaniyanın Berlin şəhərindəki Veinmeisterhorn ibtidai məktəbində bıçaqlı hücum nəticəsində 11 yaşlı şagird yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Spandau rayonunda Veinmeisterhorn İbtidai məktəbində naməlum şəxsin bıçaqla hücumu nəticəsində yaralanan şagirdin vəziyyətinin ağır olduğu bildirilib.

Tələbənin xəstəxanaya aparıldığı və əməliyyat olunduğu, hücum edənin isə hadisədən sonra qaçdığı bildirilib.

Səlahiyyətlilər məktəb ətrafında ciddi təhlükəsizlik tədbirləri alındığını və hücumla bağlı araşdırma başlandığını açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"