Harvarda beynəlxalq tələbələrin qəbulu DAYANDIRILDI

ABŞ-də Donald Tramp rəhbərliyi Fələstinə dəstək nümayişləri ilə gündəmə gələn Harvard Universitetinin beynəlxalq tələbə qəbulu proqramını "müvafiq qanunlara uyğun gəlmədiyi" səbəbi ilə dayandırıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem Harvard Universitetinə məktub göndərdiklərini və qərarlarını universitetə bildirdiklərini açıqladı.
Katib Noem “X” hesabında paylaşdığı bir şərhdə, "Mən Harvard Universitetinin Tələbə və Mübadilə Proqramı sertifikatının ləğv edildiyini, dərhal qüvvəyə mindiyini elan edirəm" deyib.
ABŞ katibi deyib ki, Tramp administrasiyası Harvardı “şəhərciyində zorakılıq və antisemitizmi təşviq etmək və Çin Kommunist Partiyası ilə koordinasiya etmək” üçün məsuliyyət daşıyıb.
Nigar Hacılı
"Cebheinfo.az"