Tramp açıqladı: "Rusiya və Ukrayna arasında razılıq əldə olundu"

Tramp açıqladı: "Rusiya və Ukrayna arasında razılıq əldə olundu"

Rusiya və Ukrayna arasında əsas əsir mübadiləsinə dair razılıq əldə olunub.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında paylaşım edib.

"Rusiya ilə Ukrayna arasında genişmiqyaslı əsir mübadiləsinə dair razılıq indicə əldə olunub. Mübadilə tezliklə baş tutacaq. Danışıqlar münasibətilə hər iki tərəfi təbrik edirəm” ", - o qeyd edib.

Xatırladaq ki, İstanbulda keçirilən danışıqlarda Moskva və Kiyev məhbusları “1000-ə 1000” əsasında dəyişmək barədə razılığa gəliblər.

Xəzər

"Cebheinfo.az"