170 illik məşhur qəzet satılır

“The Telegraph” qəzeti ABŞ şirkətinə 500 milyon funt- sterlinqə satılır.
“Cebheinfo.az” xəbər verir ki, Böyük Britaniyada yerləşən "Telegraph Media Group" ABŞ mərkəzli özəl sərmayə şirkəti "Redbird Capital Partners" tərəfindən satın alınır.
"Redbird" tərəfindən verilən açıqlamaya görə, əldə edilmiş 500 milyon funt -sterlinq dəyərində razılaşma çərçivəsində şirkət “The Telegraph” qəzetinin yeganə sahibi olacaq. Bununla da, Əbu-Dabidə yerləşən IMI şirkəti qəzetdə azlıq paya malik səhmdara çevriləcək.
"Redbird"-in inkişaf strategiyası “The Telegraph” qəzetini beynəlxalq səviyyədə genişləndirmək məqsədi daşıyır. Bu strategiya çərçivəsində şirkət rəqəmsal əməliyyatlara, abunə sistemlərinə və jurnalistika sahəsinə sərmayə yatırmaq niyyətindədir.
Digər tərəfdən, "Redbird" çap mediası sahəsində ixtisaslaşmış Böyük Britaniya mənşəli azlıq sərmayədarlarla da danışıqlarını davam etdirir. Qəzeti 2004-cü ildən bəri idarə edən Barklay ailəsinin "Lloyds Banking Group" qarşısında ödəmədiyi borclara görə bank “The Telegraph” qəzetinin idarəsini ələ keçirmişdi və bu səbəbdən iki il əvvəl satış prosesi başlamışdı. Bu satınalma ilə 170 illik qəzetin gələcəyi ilə bağlı iki ildir davam edən qeyri-müəyyənlik sona çatmış olacaq.
Əfsanə Rəcəb
“Cebheinfo.az”