Dünya çempionatı: Fransa-Özbəkistan oyununda 6 qol vuruldu

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
"Cebheinfo.az" "Report"a istinadən xəbər verir ki, B qrupunun II turunda Fransa yığması Özbəkistan ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma qollu bərabərliklə başa çatıb - 3:3.
Qeyd edək ki, Fransa millisi ilk görüşdə Çadı məğlub edib - 1:0. Özbəkistan millisi isə Rumıniyaya 1:2 hesabı ilə uduzub.
Bu gün, saat 16:30-da B qrupunda daha bir görüş - Çad - Rumıniya qarşılaşması baş tutacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
13:54
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində II tura start verilib.
A qrupunun oyununda Bəhreyn və Mavritaniya komandaları üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma Afrika təmsilçisinin qələbəsi ilə bitib - 2:0.
Mavritaniya qrupdakı ilk matçında Sloveniya, Bəhreyn isə Azərbaycan millisi ilə heç-heçə (1:1) edib. Azərbaycan yığması saat 20:45-də Sloveniyanı sınağa çəkəcək.
Qeyd edək ki, bu gün daha 7 oyun baş tutacaq. Dünya çempionatı iyunun 1-də başa çatacaq.
08:00
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının üçüncü günündə daha 8 qarşılaşma baş tutacaq.
Matçlar Milli Gimnastika Arenasında keçiriləcək.
Yarışın üçüncü gününə Mavritaniya - Bəhreyn oyunu ilə start veriləcək.
Dünya çempionatı
Qrup mərhələsi
II tur
23 may
Saat 12:45, Mavritaniya - Bəhreyn;
Saat 14:00, Fransa - Özbəkistan;
Saat 15:15, İngiltərə - Macarıstan;
Saat 16:30, Çad - Rumıniya;
Saat 18:15, Bolqarıstan - Hindistan;
Saat 19:30, Ukrayna - Türkiyə;
Saat 20:45, Sloveniya - Azərbaycan;
Saat 22:00, Portuqaliya - Slovakiya.
"Cebheinfo.az"