Husilər hava limanını vurdular

Husilər hava limanını vurdular

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilərin tərəfdarları hipersəsli ballistik raketdən istifadə etməklə Təl-Əvivdəki Ben-Qurion hava limanına zərbə endiriblər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya üsyançıların nəzarətində olan "Al Masirah" telekanalının efirində məlumat verib.

"Raket qoşunları hərbi əməliyyat həyata keçirib və hipersəsli ballistik raketdən istifadə etməklə işğal olunmuş Yaffo rayonundakı (Təl-Əviv nəzərdə tutulur - red.) Ben-Qurion hava limanına hücum ediblər", - deyə o bildirib.

"Cebheinfo.az"