Ölkəsinə qayıdan suriyalıların sayı açıqlandı

Ölkəsinə qayıdan suriyalıların sayı açıqlandı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Koordinasiyası Ofisinin (UNOCHA) Əməliyyatlar və Müdafiə Direktoru Edem Vosornu, 8 dekabr 2024-cü ildə Bəşər Əsəd rejiminin devrilməsindən sonra qonşu ölkələrdə məcburi köçkün olan 1,5 milyondan çox suriyalının öz bölgələrinə qayıtdığını bildirdi.

"Cebheinfo.az" xəbər verir ki, Vosornu, Qaziantepdən onlayn olaraq BMT-nin Cenevrə Ofisinin həftəlik mətbuat konfransına qatıldı və Suriyadakı inkişaflarla bağlı qiymətləndirmələr etdi.

"Suriyada 16,5 milyon insanın humanitar yardıma və müdafiəyə ehtiyacı var” İfadələrindən istifadə edən Vosornu əhalinin hərəkətliliyinin və insanların yerdəyişməsinin davam etdiyini bildirib.

Humanitar əməliyyatların artan çətinliklərə baxmayaraq davam etdiyini qeyd edən Vosornu, "BMT və tərəfdaşları ölkədaxili və sərhədyanı əməliyyatlarla hər ay orta hesabla 2,4 milyon insana çatır" deyib.

Vosornu ilin əvvəlindən bu yana minə yaxın yardım maşınının Suriyaya daxil olduğunu bildirdi və bu prosesdə əməkdaşlıq etdikləri üçün Türkiyə və digər maraqlı tərəflərə təşəkkür edib.

Nigar Hacılı 
"Cebheinfo.az"