Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib

Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib

Rusiyanın "Rusjet" aviaşirkətinə məxsus təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib.

Bu barədə “SHOT Telegram” kanalı mənbəyə istinadən məlumat yayıb.

"Bizdə olan məlumata görə, bu gün səhər Moskvadan Türkiyəyə yola düşən təyyarə geri dönərkən siqnal verib", - məlumatda qeyd olunub.

“SHOT”un məlumatına görə, təyyarə Türkiyənin Dalaman-Moskva marşrutu üzrə reys yerinə yetirirdi və saat 16:09 radələrində Xəzər dənizi üzərində olub.

"Cebheinfo.az"