Azərbaycan üçün BNF icazələrinin kvotası açıqlanıb

2025-ci il üzrə Beynəlxalq Nəqliyyat Forumu (BNF) icazələrinin Azərbaycan Respublikası üçün kvotası 1000 ədəd Avro 5 və 490 ədəd Avro 6 ekoloji normasına uyğun olmaqla, ümumilikdə 1490 ədəd təşkil edir.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, BNF “İcazə”ləri “Avropa Nəqliyyat Nazirləri Konfransının Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən daşımalar üçün Keyfiyyət Xartiyası”nın tələblərinə cavab verən operatorlara verilir.
"Cebheinfo.az"