Skuterlə qədim əsəri oğurlayarkən yaxalandı

İtaliyada bir turist qədim Roma dövrünə aid mərmər sütunu elektrik skuteri ilə daşıyaraq oğurlamağa çalışarkən polis tərəfindən saxlanılıb.
“Cebheinfo.az” xəbər verir ki, 24 yaşlı alman turist ABŞ səfirliyinin yaxınlığında yerləşən tarixi Via Veneto küçəsində, ayaqlarının arasında 30 kiloqramlıq mərmər sütun kaidesi ilə skuterlə hərəkət edərkən diqqət çəkib.
Polis hadisəyə dərhal müdaxilə edib və turist çərşənbə axşamı saxlanılıb.
Turist ifadəsində sütunu hədiyyə olaraq aldığını deyib, lakin bunun üçün kiməsə ödəniş edib-etmədiyi məlum deyil. Hazırda turistə qarşı rəsmi ittiham irəli sürülməyib, lakin onun “oğurlanmış mədəni irs nümunəsi əldə etməsi” ehtimalına görə istintaq davam etdirilir. Turistin adı ictimaiyyətə açıqlanmayıb. Arxeoloqlar isə mərmər sütunun haradan götürüldüyünü müəyyənləşdirməyə çalışırlar.
Əfsanə Rəcəb
“Cebheinfo.az”