Vahid Ələkbərovun oğlu yenə siyahıda liderdir

Vahid Ələkbərovun oğlu yenə siyahıda liderdir

“Forbes” jurnalı rusiyalı milyarderlərin potensial varislərinin siyahısını dərc edib.

“Qafqazinfo” xəbər verir ki, ən varlı varislər siyahısına əvvəlki illər olduğu kimi, Azərbaycanəsilli rusiyalı iş adamı, “LUKOİL” şirkətinin keçmiş prezidenti Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov başçılıq edib. 

34 yaşlı Y. Ələkbərovun potensial mirası 28,7 milyard dollar olaraq qiymətləndirilir. Qeyd olunub ki, sözügedən neft şirkətinin səhmlərinin 28,3 faizi onun payına düşə bilər. 

Bununla yanaşı, siyahıda ikinci pilləni Leonid Mixelsonun qızı Viktoriya Mixelson tutub. Onun mirası isə 14,2 milyard dollar hesab olunur. 

Üçüncü pillədə isə Vladimir Lisinin övladları (Dmitri, Yuriy və Anastasiya) yer alıb. Onların hər birinə 8,83 milyard dollar miras qala bilər.

"Cebheinfo.az"