1 sentlik sikkə sıradan çıxır

1 sentlik sikkə sıradan çıxır

ABŞ Xəzinədarlığı iqtisadi cəhətdən səmərəsiz olduğu üçün bir sentlik sikkələri artıq dövriyyəyə buraxmayacaq. 

"Cebheinfo.az" xəbər verir ki, Amerika mətbuatına açıqlama verən Xəzinə Departamenti son 1 sentlik sifarişin bu ay ABŞ Sikkəxanasına verildiyini və bu sikkənin istehsalının dayandırılacağını təsdiqləyib.

Maddi xərclər nəzərə alınaraq qəbul edildiyi bildirilən qərarın xəzinədarlığa ildə təxminən 56 milyon dollar qənaət edəcəyi bildirilib. 

Zərbxana rəsmiləri bu sikkənin istehsal dəyərinin dəyərindən yüksək olduğunu və 1 sentinin istehsalı üçün 3,7 sent xərcləndiyini bildiriblər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp fevral ayında Xəzinədarlıq Departamentinin rəsmilərinə 1 sentlik sikkənin istehsalını dayandırmağı tapşırdığını açıqlamışdı. 

Nigar Hacılı 
"Cebheinfo.az"