Yeni "Harry Potter" ulduzları bəlli oldu

Yeni "Harry Potter" ulduzları bəlli oldu

Dünyanın ən çox satılan uşaq kitabı seriyası olan "Harry Potter" üçün hazırlanacaq serialda Harry, Ron və Hermione obrazlarını canlandıracaq gənc aktyorların adları açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Harry Potter rolunu Dominic McLaughlin, Hermione Granger rolunu Arabella Stanton, Ron Weasley rolunu isə Alastair Stout ifa edəcək.

Serialın çəkilişləri nəhəng bir kino şəhərciyində aparılacaq. Yeni nəsil aktyor heyəti, kitabların əsasında çəkilmiş məşhur film seriyası ilə tanınan baş rolların Daniel Redklif, Emma Vatson və Rupert Grintin izindən gedərək, sehrli aləmi yenidən canlandıracaq.

Əfsanə Rəcəb
"Cebheinfo.az"