İşçi Qrup növbəti dəfə Xankəndidə toplaşdı

"İşğaldan azad olunmuş ərazilər, “yaşıl enerji” zonası elan olunub və bu istiqamətdə işlər görülür".
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, bunu Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclasında işçi qrupun rəhbəri, energetika nazirinin müavini Elnur Soltanov deyib.
Eyni zamanda, qaz ixrac idarəsinin birinci müavini Sərxan Babaşov da görüləcək işlər barədə məlumat verib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə SOCAR tərəfindən qaz nəql sisteminin mərhələli şəkildə yenidən qurulması üçün əsasən 4 - Laçın, Şuşa, Ağdam, Kəlbəcər istiqaməti üzrə magistral qaz kəmərlərinin tikintisi nəzərdə tutulub.
İclasda enerji infrastrukturunun qurulması, qazlaşdırılma prosesi, ötürücü və paylayıcı şəbəkə üzrə görülən işlər, yarımstansiyaların tikilməsi və digər məsələlər də müzakirəyə çıxarılıb.
Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli də çıxış edərək, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti-quruculuq işləri barədə ətraflı məlumat verib.
Bildirib ki, bərpa olunan yaşayış məntəqələrinə mərhələli şəkildə keçmiş məcburi köçkünlər köçürülür. Kənd və qəsəbələrdə insanların rahat yaşaması üçün hər çür şərait yaradılır.
"Cebheinfo.az"