Pula görə sevgilisindən ayrıldı

Pula görə sevgilisindən ayrıldı

56 yaşlı aktrisa Renee Zellveger və onun 46 yaşlı sevgilisi, britaniyalı teleaparıcı Ant Enstid bir ildir ayrı yaşayırlar.

Axşam.az xəbər verir ki, eyni zamanda cütlük 2021-ci ildə başlayan romantik münasibətlərini davam etdirir. Amma bu günlərdə onların arasına xəyanətin soyuqluq saldığı ortaya çıxıb.

Belə ki, Anstid Nyu-Yorkda çəkiliş ərəfəsində Laquna çimərliyində yenicə boşanmış dostu Julia Frenç ilə görüntülənib.

Ehtimallara görə, Anstidin maddi çətinlikləri xanımı ilə münasibətinə problem yaradıb. Onun şirkəti "Radford Motors" iflas elan etdi. Bundan əlavə, Anstid sosial şəbəkədə maşınını belə satdığını bildirib. Aparıcı qalmaq üçün daha ucuz ev axtarışına çıxıb. 

"Cebheinfo.az"