Salyanda 40 tonluq ot tayası yanıb - FOTOLAR

Salyanda ot tayası yanıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Həsənov Kazım Cəfər oğluna məxsus anidən ot tayasınada yanğın olub. Bu barədə məlumat daxil olan kimi FHN-nin Salyan Yanğından Mühafizə hissəsinə məxsus iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
Hazırda yanğınsöndürənlərin səyi nəticəsində alov lokallaşdırılıb.
Hadisə nəticəsində 40 ton, yəni 2 min ədəd ot bağlaması yanaraq yararsız hala düşüb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"