Fidan Barro ilə Rusiya-Ukrayna müharibəsinin həlli ətrafında müzakirələr aparıb

Fidan Barro ilə Rusiya-Ukrayna müharibəsinin həlli ətrafında müzakirələr aparıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə telefonla danışıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Fələstin və Suriyadakı son prosesləri müzakirə ediblər.

Onlar, həmçinin Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün ortaya qoyulan səylər barədə danışıblar.

"Cebheinfo.az"