“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşib

“Ayaks”ın və Niderland millisinin sabiq futbolçusu Con Heytinqa Amsterdam klubunun baş məşqçisi təyin edilib.
"Cebheinfo.az" xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2027-ci ilə qədər müqavilə imzalanıb.
Xatırladaq ki, Heytinqa 2023-cü ilin yanvarından iyun ayına kimi “Ayaks”ın baş məşqçisi vəzifəsini icra edib.
Qeyd edək ki, başa çatan mövsüm Amsterdam klubu çempionatın sonunda birinci yeri əldən verərək Erediviziyada ikinci yeri tutduğundan komandanın sabiq çalışdırıcısı Françesko Farioli vəzifəsini tərk edib.
"Cebheinfo.az"