Bakıda avtomobil avtobusun altına girdi - FOTO

Bakıda avtomobil avtobusun altına girdi - FOTO

Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ağır yol qəzası baş verib.

​​​​​​"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Svetlana Məmmədova küçəsində “Hyundai Elantra” markalı avtomobil yol kənarında park edilmiş avtobusa çırpılıb. Zərbənin təsirindən avtomobilin ön hissəsi avtobusun altına daxil olub.

Əraziyə xilasedicilər cəlb edilib.

Sürücünün xəsarət aldığı bildirilib.

Araşdırma aparılır.

​​​​​​"Cebheinfo.az"