Spiker Laçın hava limanının əhəmiyyətindən danışdı

“Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında spiker Sahibə Qafarova deyib.
O qeyd edib ki, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa olunan üçüncü hava limanıdır:
“Məhz strateji əhəmiyyətə malik ərazidə Laçın Beynəlxalq Hava Limanının fəaliyyəti çox vacib məsələdir”.
Eyni zamanda, Sahibə Qafarova Laçında baş tutan Zirvə görüşünün əhəmiyyətindən də danışıb:
“Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin Laçında keçirdiyi Zirvə görüşü də ciddi əhəmiyyətə malikdir”.
Spiker 28 May - Müstəqillik Günü ilə bağlı da danışaraq bildirib ki, parlament həmin günlə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Vilayət Muxtar
“Cebheinfo.az”