Müdafiə Nazirliyi daha bir açıqlama yaydı

Müdafiə Nazirliyi daha bir açıqlama yaydı

Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

“Mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır. 

Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır” - məlumatda deyilir.

Xatırladaq ki, ötən gün də Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yaymışdı.

​​​​​​"Cebheinfo.az"