Şakira 130 milyon dollarla REKORD QIRDI

Şakira Carol G-nin "Mañana Será Bonito" turunun nəticələrini geridə qoyaraq yeni rekorda imza atıb. Şakira Meksika və Cənubi Amerikada verdiyi 21 konsertdən 130 milyon dollar qazanıb. Bu, Carol G-nin 29 şoudan 125 milyon dollarlıq əvvəlki rekordunu təzələyib.
“Cebheinfo.az”-ın “Billboard”-a əsasən məlumatına görə, Şakiranın turu dünya reytinqində ikinci yeri tutaraq “2025 Midyear Boxscore Report”-un “Top 10”-una daxil olan yeganə Latın Amerikası şousudur.
Ötən həftə Monrealdakı “Bell Center”-də səhnədə "Whenever, Wherever" hitini ifa edən müğənni sürüşüb yıxılıb, lakin tez ayağa qalxaraq ifasını davam etdirib. Həmin an bir fanat tərəfindən “Instagram Stories”-də yayımlanan videoda əks olunub.
Fanatlar və tənqidçilər Şakiranın peşəkarlığını qeyd ediblər. Sosial şəbəkələrdəki şərhlərdə onun “vəziyyəti rəis kimi idarə etdiyini” və dözümlülük nümunəsi olduğunu yazıblar. Eyni zamanda, çoxları yıxılmanın müğənniyə xəsarət yetirmədiyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, qastrol səfəri zamanı sənətçi bir sıra çətinliklərlə üzləşib. Mayın 15-də Nyu-Cersidəki “MetLife” stadionunda baş tutan şoudan sonra yerli hakimiyyət orqanları tamaşaçılar arasında iyunun 6-dan əvvəl baş verə biləcək qızılca epidemiyası barədə xəbərdarlıq edib.
Bütün çətinliklərə baxmayaraq, Şakira record qazanmağa və dünya səhnəsinin aparıcı Latın Amerikası ulduzlarından biri statusunu sübut etməyə davam edir.
Xəzər
“Cebheinfo.az”