Kiyev İstanbul təklifinə RAZIDIR

“Ukrayna Moskvanın ilkin memorandum layihəsini təqdim etməsi şərti ilə gələn həftə İstanbulda Rusiya ilə danışıqların ikinci raunduna hazırdır”.
“Cebheinfo.az” xəbər verir ki, Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak belə deyib.
“Ukrayna növbəti görüşdə iştirak etməyə hazırdır. Lakin biz konstruktiv müzakirə aparmaq istəyirik”,- deyə Yermak “AFR” agentliyinə bildirib. Ukrayna rəsmisi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyunun 2-də İstanbulda danışıqların ikinci raundunun keçirilməsi təklifini şərh edib.
“France24” qeyd edir ki, bu bəyanatın Kiyevin danışıqlarda iştirakı üçün rəsmi şərt olub-olmadığı hələlik məlum deyil. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İstanbulda danışıqların ikinci raundu öncəsi Ukrayna hakimiyyətinin davranışını dəyərləndirib. Onun sözlərinə görə, mayın 16-da Moskva və Kiyev arasında keçirilən görüşün ən böyük nəticəsi məhbus mübadiləsi olub.
Müşfiq Abdulla
“Cebheinfo.az