Bakıda dünya və Avropa REKORDU

Bakıda minifutbol üzrə dünya çempionatının 1/4 final mərhələsində keçirilən Azərbaycan - İngiltərə matçını 7007 azarkeş izləyib.
"Cebheinfo.az" xəbər verir ki, bu haqda Azərbaycan Minifutbol Federerasiyası məlumat yayıb.
Bu, minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir. Qeyd edək ki, bundan əvvəl ən çox azarkeş sayı Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçı olan Slovakiya - Belçika görüşündə olub (6513)/
Xatırladaq ki, Azərbaycan - İngiltərə matçı Milli Gimnastika Arenasında keçirilib. Azərbaycan komandası 2:1 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.
"Cebheinfo.az"