Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişdirilir

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişdirilir

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişdirilir.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi Milli Məclisin mayın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

​​​​​​"Cebheinfo.az"