Gender bərabərliyi ilə bağlı məsələ qəbul edildi

Gender bərabərliyi ilə bağlı məsələ qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı”​ müzakirəyə çıxarılıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, məruzəni Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib.

Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

​​​​​​"Cebheinfo.az"