Bakıda işləyənlərin orta aylıq maaşı 1500 manata çatır

Bakıda işləyənlərin əməkhaqqı məbləği açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin yanvar-mart aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artıb.
Paytaxtda çalışanların orta aylıq maaşı 1357,3 manat təşkil edib.
"Cebheinfo.az"