Trampdan İlon Mask AÇIQLAMASI

Trampdan İlon Mask  AÇIQLAMASI

ABŞ-li milyarder İlon Maskın Hökumətin Səmərəliliyi Departamentindəki (DOGE) vəzifəsindən getdiyi açıqlandıqdan sonra ABŞ Prezidenti Donald Tramp mövzu ilə bağlı açıqlama verib.

"Cebheinfo.az" xəbər verir ki, özünün “Truth” sosial media platformasında paylaşım edən Tramp saat 13:30-da Mask ilə Oval Ofisdə mətbuat konfransı keçirəcəyini açıqlayıb:

"Bu, onun son günü olacaq, amma əslində belə deyil. Çünki o, hər zaman bizimlə olacaq və hər cəhətdən kömək etməyə davam edəcək. İlon əla oğlandır".

Xatırladaq ki, yanvar ayında ABŞ federal büdcəsindəki xərcləri 2 trilyon dollardan 1 trilyon dollara, sonra isə 150 ​​milyard dollara endirmək vədi ilə Tramp administrasiyasına qoşulan Mask onun departamentləri yenidən formalaşdırmaq səylərinə qarşı çıxan bəzi yüksək vəzifəli rəsmilərlə fikir ayrılığı yaşayıb.

Mask Trampı dəstəklədiyi üçün bəzi qrupların tənqidi ilə də üzləşib.

Nigar Hacılı 
"Cebheinfo.az"