Xankəndidə əmək yarmarkası keçiriləcək

Xankəndidə əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı Xankəndi şəhərində əmək yarmarkası keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ​​​​​​"Cebheinfo.az"-a verilən məlumata görə, yarmarka iyunun 4-ü saat 11:00-da filialın Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında (Xankəndi şəhəri, Abbasqulu Ağa Bakıxanov küçəsi, 47) təşkil olunacaq.

“Qoç ət” Kəndli Fermer Təsərrüfatı” MMC-nin dəstəyi ilə keçiriləcək yarmarkada Xocalı rayonu üzrə həmin müəssisəyə aid mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və digər iş yerləri üzrə vakansiyaların çıxarılması nəzərdə tutulub.

Aktiv məşğulluq tədbirində həmin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq.

​​​​​​"Cebheinfo.az"