Deputat: “16 yaşlı qızın toyunda iştirak edənlər də günahkardır”

Deputat: “16 yaşlı qızın toyunda iştirak edənlər də günahkardır”

“Bu gün məhkəmələrdəki işlərin başında boşanma məsələsi gəlir. Bundan başqa, hələ də erkən nikah, qohum evlilikləri məsələsi qalmaqdadır. Qohum evliliklərinin yaratdığı fəsadlar çox ağırdır və cəmiyyət bunu bilməlidir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, bir sıra neqativ hallarda cəmiyyət də məsuliyyət daşıyır:

“Son günlər ölkədə uşaqların iştirakı olan 4 cinayət işi olub. Uşaqların cinayətə meyillənməsi məsələsinin səbəbləri öyrənilməli və aradan qaldırılmalıdır. Naməhrəm məsələlər televiziyalarda müzakirəyə çıxarılır və bu cəmiyyətdə problemlərin yaranmasına səbəb olur. Erkən nikahların olmasında cəmiyyət də məsuliyyət daşıyır. Dövlət üzərinə düşən addımları atır. Əgər bir kənddə camaat gedib 16 yaşlı qızın toyunda iştirak edirsə və heç bir reaksiya vermirsə, deməli, onlar da günahkardır”.

Vilayət Muxtar

“Cebheinfo.az”