Alleqri "Milan"ın baş məşqçisi təyin olunub

Alleqri "Milan"ın baş məşqçisi təyin olunub

İtaliyanın "Milan" klubunun baş məşqçisi Serxio Konseysao 5 aydan sonra komandadan ayrılıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, onu Massimiliano Alleqri əvəzləyəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

57 yaşlı mütəxəssislə 2028-ci ilə kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Alleqri sonuncu dəfə 2021-2024-cü illərdə "Yuventus"u çalışdırıb.

​​​​​​"Cebheinfo.az"