Tramp Suriya ilə bağlı mühüm QƏRAR VERƏCƏK

ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak ABŞ Prezidenti Donald Trampın Suriyanı “terrorçuluğu dəstəkləyən ölkələr” siyahısından çıxaracağını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdəki ABŞ səfirliyinin iqamətgahında bayraq qaldırma mərasimi üçün Suriyada olan Barak “Əl-Ərəbiyyə” kanalına açıqlama verib. O bəyan edib ki, ABŞ qüvvələrinin Suriyadakı missiyası İŞİD-i məhv etməkdir. “Prezident Donald Tramp tezliklə Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından çıxaracaq”,- deyən Barak Trampın məqsədinin “Suriyada mövcud hökuməti gücləndirmək” olduğunu qeyd edib.
Nigar Hacılı
"Cebheinfo.az"