Nazirin qalmaqallı hesabatı: Onun əvəzinə başqası yazıb

ABŞ-nin səhiyyə naziri Robert Kennedinin hesabatının elmi faktları təhrif edə bilən süni intellektdən (AI) istifadə etməklə yazıldığı ehtimal olunur.
“Cebheinfo.az” xəbər verir ki, bu, “The Washington Post” (WP) qəzetinin gəldiyi nəticədir.
Qəzetin yazdığına görə, aprelin 29-da Ağ Ev bəzi hiperlinkləri və süni intellekt markerlərini silməklə departamentin saytında hesabat faylını yeniləyib. Lakin bəzi KİV-lərdə sənədin orijinal versiyaları hələ də mövcuddur.
WP-nin qeyd etdiyi kimi, hesabatın orijinal versiyasından ayrı-ayrı qeydlər bir neçə dəfə təkrarlanır. Digərlərində müəlliflər haqqında yanlış məlumatlar var və hesabatda istifadə olunan bir neçə tədqiqat ümumiyyətlə, mövcud deyil.
Həmçinin, keçidlərin bəzi URL-lərində Amerikanın “OpenAI” şirkətinin chatbotu olan “ChatGPT”-nin istifadəsi üçün marker olan oaicite sözü var.
Ağ Evin mətbuat katibi Karolin Levitt aprelin 29-da keçirdiyi mətbuat konfransında qeyd edib ki, "Amerikanı Yenidən Sağlam Et" hesabatında hazırda həll olunan formatlaşdırma problemləri var:
"Bu, federal hökumət tərəfindən indiyə qədər dərc edilmiş ən əsaslı sağlamlıq hesabatlarından biri olan və federal hökumət tərəfindən heç vaxt qəbul edilməmiş sağlam elmə əsaslanan hesabatın mahiyyətini dəyişmir".
Xəzər
“Cebheinfo.az”