Qəzzada humanitar böhran dərinləşir

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağına qeyd-şərtsiz humanitar yardımın verilməsinə çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, UNRWA-nın verdiyi yazılı açıqlamada İordaniyanın paytaxtı Əmmanda bir ay ərzində ən azı 200 min insana un, ərzaq, təmizlik ləvazimatları, ədyal və dərmanlar daxil olmaqla kifayət qədər humanitar yardımın olduğunu bildirib.
Açıqlamada "anbarın Qəzzaya avtomobillə 3 saatlıq məsafədə olduğu" vurğulanıb və "Yardımların Qəzzaya daxil olmasına icazə verilməlidir" ifadəsi əlavə edilib.
İsrailin blokadası səbəbilə humanitar yardımın çatdırıla bilmədiyi bölgə üçün edilən çağırışda "Qəzzanın ciddi yardıma ehtiyacı var. Humanitar yardımların maneəsiz və fasiləsiz daxil olmasına icazə verilməlidir" ifadəsi işlədilib.İsrail martın 2-dən Qəzzaya yardım axınını məhdudlaşdıraraq, təxminən 2,4 milyon insanı aclığa sürükləyir.
Təl-Əviv hökumətinin məlumatına görə, həmin tarixdən indiyədək Qəzzaya yalnız 87 yardım maşını buraxılıb. Bununla belə, Qəzzanın gündə ən azı 500 yardım və tibbi ləvazimat maşınına, eləcə də 50 tır xilasedici yanacağa ehtiyacı olduğu bildirilir.
Nigar Hacılı
"Cebheinfo.az"