CQD vasitəsilə indiyədək 182 mlrd. kubmetrdən çox qaz nəql edilib

Bugünədək Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə 182 milyard kubmetrdən çox qaz nəql edilib.
Bu barədə "APA-Economics" Energetika Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, bu gün QSC-nin rəsmi açılışından 7 il ötür.
CQD Avropa və region ölkələrinin enerji təhlükəsizliyi|ndə mühüm rol oynayan qlobal əhəmiyyətli nəhəng enerji layihəsidir.
Bildirilir ki, bu dəhliz “Şahdəniz Mərhələ 2” çərçivəsində hasil olunan təbii qazı Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (#TAP) Boru Kəmərləri vasitəsilə region və Avropa ölkələrinə ixrac edir.
"Cebheinfo.az"