Aşan avtomobildə yaralanan sürücü öldü

Aşan avtomobildə yaralanan sürücü öldü

Ağsuda yol qəzasında xəsarət alan şəxs xəstəxanada vəfat edib.

​​​​​​"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Ramin Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobil mayın 25-də yoldan çıxaraq aşıb.

R.Abdullayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, mayın 29-da vəfat edib.

Fakta görə cinayət işi başlanıb, istintaq aparılır.

​​​​​​"Cebheinfo.az"