Kamran Əliyev ona yüksək vəzifə verdi

Hərbi Prokurorluqda Kadr islahatları davam etdirilir.
"Cebheinfo.az" xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyevin müvafiq əmri ilə Naxçıvan Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Məmmədov Bəhruz Şükür oğlu tutduğu vəzifədən azad olunub.
O, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
"Cebheinfo.az"