Xəzərdə yeni ada yaranıb

Xəzər dənizinin şimal hissəsində yeni ada yaranıb.
“Qafqazinfo” Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutuna istinadən xəbər verir ki, bu, Xəzər dənizinin dayazlaşmasının növbəti sübutudur.
“Okeanologiya İnstitutunun Xəzər bölməsinin və Həştərxan Təbiət Qoruğunun ekspedisiyası zamanı alimlər Şimali Xəzərdə yeni adanın - Orta İnci adasından 30 km cənub-qərbdə mövcudluğunu təsdiqləyiblər”, - məlumatda deyilir.
"Cebheinfo.az"