Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb

Rusiyanın paytaxtı Moskvada terror aktının qarşısı alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstintaq Komitəsi yayıb.

Məlumata görə, terror aktının ictimai yerdə Ukraynanın xüsusi xidmət orqanları tərəfindən koordinasiya edilən şəxs tərəfindən törədilməsi planlaşdırılıb.

Həmin şəxs isə saxlanılıb.

Həmçinin bildirilib ki, axtarış əməliyyatları zamanı partlayıcı qurğu aşkar edilib. 

​​​​​​"Cebheinfo.az"