“Real” onun transferini rəsmiləşdirdi

“Real” “Liverpul”dan ayrılan Trent Aleksander-Arnoldun keçidini rəsmən açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
Futbolçu İspaniya klubu ilə 2031-ci ilin iyun ayının sonuna qədər müqavilə imzalayıb.
Trent 2016-cı ildən etibarən “Liverpul”un əsas komandasında çıxış edirdi. Mersisayd klubunun heyətində müdafiəçi iki dəfə İngiltərə çempionu olub, bütün daxili kubokları, FIFA klublararası dünya çempionatını və UEFA Çempionlar Liqasını qazanıb.
"Cebheinfo.az"