Gənc müğənni dünyasını dəyişdi - FOTOLAR

Bir müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan tanınmış türkiyəli müğənni Şimal bu gün vəfat edib.
“Cebheinfo.az” xəbər verir ki, onun dünən vəziyyətinin kritik olduğu açıqlanmışdı. Tanınmış sənətçinin vəfat xəbərini həyat yoldaşı Nəcati Arıcı elan edib.Şimalın rəsmi sosial media hesabında belə bir açıqlama paylaşılıb:
"Həyat yoldaşım Şimal Gülen haqqın rəhmətinə qovuşub. Mərhumə Kuşadasında dəfn olunacaq”. Şimal 2021-ci ildə döş xərçənginə tutulmuş, uzun sürən müalicə prosesindən sonra sağlığına qovuşmuşdu.Ancaq 2024-cü ildə müntəzəm yoxlamalar üçün xəstəxanaya gedərkən, beynində şiş olduğu müəyyənləşmiş və dərhal müalicəyə başlanılmışdı.Xəstəlik üç dəfə metastaz verdikdən sonra, dünən vəziyyətinin kritik olduğu bildirilmişdi.
Xatırladaq ki, müğənni Şimal 25 aprel 1986-cı ildə İstanbulda anadan olub. Təxminən 400-ə yaxın bəstəsi olan gənc sənətçi ilk dəfə 2012-ci ildə musiqi sahəsində debüt edib. “Başlanğıc” adlı albomunun prodüseri Özken Ulusoy, aranjimanları isə Taşkın Sabahtan və Erdem Kınaya məxsusdur.Sözləri və musiqisi Şimal Tebessüm Edenə məxsus olan "Şimal Yıldızı" mahnısının aranjimanı Taşkın Sabahtan, klipi isə Enmir Xəlilzadədir.
Əfsanə Rəcəb
“Cebheinfo.az”