Trent Aleksandr-Arnoldun "Real"a transferi rəsmiləşib

"Real Madrid" "Liverpul"un futbolçusu Trent Aleksandr-Arnoldun transferini tamamlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə 2031-ci ilə kimi müqavilə imzalanıb.
İngilisin "Liverpul"la müqaviləsi 30 iyun 2025-ci ildə başa çatacaq.
"Real" Arnoldun 15 iyunda start götürəcək Klublararası dünya çempionatında iştirak etməsi üçün "Liverpul"a 10 milyon avro ödəniş edib.
"Cebheinfo.az"