Lyayen “Karl” mükafatına layiq görüldü

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Avropanın birləşməsinə töhfə verən şəxslərə təqdim edilən “Karl” mükafatını alıb.
Bu barədə BFMTV məlumat yayıb.
Mükafatlandırma mərasimi Almaniyanın Aaxen şəhərində baş tutub
Məlumata görə, mükafatın direktorlar şurası çağırışlar dövründə regionun maraqlarını təmsil edən Avropa Komissiyasının rəhbərini “dünyada Avropa üçün güclü səs” adlandırıb. O, koronavirus pandemiyasını ehtiva etmək, iqlim gündəmini inkişaf etdirmək və Aİ rəhbərliyindəki səylərinə görə təqdir edilib.
Qeyd edək ki, bu il ilk dəfə “Karl” mükafatına bir milyon avro məbləğində pul da əlavə olunub.
"Cebheinfo.az"