Kürdəmirdə evdə partlayış yanğına səbəb olub

Kürdəmirdə evdə partlayış yanğına səbəb olub

Kürdəmirdə evdə partlayış yanğına səbəb olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Çöl Qubalı kəndində qeydə alınıb.

Kənd sakini Məmmədov Elnur Eyyub oğluna məxsus iki mərtəbəli evin ikinci mərtəbəsindəki 3 otaq və zaldan ibarət olan ev yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir. Ev sahibinin sözlərinə görə, hadisə zamanı ona 70 min manata yaxın maddi ziyan dəyib.

Faktla bağlı araşdırma  aparılır.

"Cebheinfo.az"