Maradonanın hakimi aktyor oldu

Maradonanın hakimi aktyor oldu

2020-ci ildə 60 yaşında ürək çatışmazlığı və ağciyər ödəmi səbəbindən dünyasını dəyişən Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın tibbi heyətinin mühakimə olunduğu məhkəmə işi "dalana dirənib".

"Cebheinfo.az" xəbər verir ki, məhkəmə heyətindəki hakimlərdən biri- Xuliyeta Makintaç prosesdən geri çəkilib. 

Onun “İlahi Ədalət” adlı bir sənədli filmdə rol aldığı üzə çıxıb. Bu hal hüquqşünaslar və ictimaiyyət arasında müzakirələrə səbəb olub.

Sözügedən sənədli filmin fraqmentində məhkəmə zalında poz verərək aktyor kimi davranmaqda ittiham edilən hakim prosesdə gərginliyə yol açıb. 

Reaksiyalardan sonra hakim Makintaç məhkəmə işindən geri çəkilib. İndi işin ləğv olunaraq yenidən başlanması ehtimalı gündəmdədir.

Qeyd edək ki, Maradona beyin əməliyyatından sonra ev şəraitində müalicə olunarkən səhlənkarlığa məruz qaldığı iddia edilir. Bu səbəblə yeddi nəfərlik tibbi heyət “qəsdən adam öldürmə” ittihamı ilə mühakimə olunur.

Əfsanə Rəcəb
"Cebheinfo.az"